ABŞ Çindən olan 30-dan çox şirkətə sanksiya tətbiq etməyi planlaşdırır
ABŞ hakimiyyəti mikroçip istehsalçısı Yangtze Memory Technologies (YMTC) də daxil olmaqla 30-dan çox Çin şirkətinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu barədə Bloomberg məlumat yayıb.
Agentlik bildirir ki, yeni sanksiyalar şirkətlərin bəzi ABŞ komponentlərini almasına mane olacaq və bu, iki ölkə arasında gərginliyi daha da artıracaq.
"ABŞ Ticarət Departamenti bu həftənin əvvəlində yaddaş çiplərinin və digərlərinin aparıcı Çin istehsalçısını qurumlar adlanan siyahısına əlavə edəcək”, - nəşr bildirib.
Bildirilir ki, sanksiya siyahısında olan şirkətlərə ABŞ Ticarət Nazirliyindən xüsusi ixrac lisenziyası almadıqları təqdirdə ABŞ təchizatçılarından texnologiya almaq qadağan ediləcək. Söhbət yarımkeçiricilərdən və mikrosxemlərin istehsalı üçün avadanlıqlardan gedir.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi ABŞ-ı iqtisadi məcburiyyətdə və digər ölkələri texnoloji hədə-qorxu ilə təhdid etməkdə ittiham edib.
www.anews.az

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər