Bütün Ukrayna ərazisində həyəcan siqnalı verildi
Ukraynanın bütün ərazilərində həyəcan siqnalı verilib.
Bu barədə Ukrayna mətbuatında məlumat yayılıb.
Bildirilib ki, Kiyev, Xarkov və Dnepropetrovsk şəhərlərində partlayış səsləri eşidilib.
Bundan başqa, Xerson şəhərində də iki gün davam edən bombalanma nəticəsində elektrik enerjisi təchizatı sisteminin dağıdıldığı və əhalinin işıqsız qaldığı bildirilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasına görə, son sutka ərzində Rusiya ordusunun mövqelərinə 22 zərbə endirilib.
Bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam etməkdədir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, qondarma "Donetsk XR” və "Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər