• $
  • £

ABŞ Dövlət Departamenti Əkrəm İmamoğlunun həbsinə münasibət bildirib

ABŞ Dövlət Departamenti Əkrəm İmamoğlunun həbsinə münasibət bildirib
16.12.2022 13:20
ABŞ Dövlət Departamenti Türkiyə məhkəməsinin İstanbul Böyük Şəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində iki il 7 ay həbs cəzası və siyasi fəaliyyətinə qadağa qoymasının ABŞ-ı dərindən narahat və məyus etdiyi bildirib. Bu barədə Departamentin sözçüsü Ned Prays məlumat verib.
 

 "Onun məhkumluğu insan hüquqlarına, əsas azadlıqlara və qanunun aliliyinə hörmətlə uzlaşmır. Biz Türkiyədə vətəndaş cəmiyyətinin, medianın, siyasi və biznes liderlərinin, o cümlədən uzunmüddətli məhkəməyəqədər həbsdə saxlanma, terrora dəstək haqqında həddən artıq geniş iddialar və cinayət xarakterli təhqirlərlə bağlı davam edən məhkəmə təzyiqindən ciddi şəkildə narahatıq”, - Ned Prays bildirib.
 
Departamentin sözçüsü Türkiyə xalqının öz insan hüquqlarını və əsas azadlıqlarını qisas qorxusu olmadan həyata keçirməyə layiq olduğunu ifadə edib. O bildirib ki,  ifadə, dinc toplaşma və birləşmək azadlıqlarından istifadə etmək hüququ Türkiyənin konstitusiyasında, beynəlxalq hüquq öhdəliklərində və ATƏT qarşısındakı öhdəliklərində təsbit edilib.
 
 "Biz hökuməti cinayət "təhqir” qanunlarına əsasən təqibi dayandırmağa və ictimai müzakirələr üçün açıq mühit təmin etməklə bütün Türkiyə vətəndaşlarının hüquq və azadlıqlarına hörmət etməyə çağırırıq”, - Ned Prays vurğulayıb.
 
Dekabrın 14-də İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Mərkəzi Seçki Komissiya nümayəndələrini təhqir etdiyinə görə 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Siyasətçi, eyni zamanda, siyasi fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
 
Lida Abbaslı
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol