• $
  • £

Belçika vətəndaşları İranı tərk etməlidir - XİN

Belçika vətəndaşları İranı tərk etməlidir - XİN
19.12.2022 10:11
Belçika öz vətəndaşlarını İranı tərk etməyə çağırıb. Bu Barədə Belçikanın Xarici İşlər Nazirliyi məlumat verib.
 
İranda olan Belçika vətəndaşlarının həbs və əsassız məhkum edilmə riski yüksəkdir.

"Bu risk hətta İranda turizm məqsədi ilə olan şəxslərə də şamildir. Vətəndaşlar həbs olunsa, onların insan hüquqları təmin edilə bilməz”, - bəyanatda deyilir.

İrandakı Belçika səfirliyinin konsulluq dəstəyi göstərmək imkanları son dərəcə məhduddur.

Bəyanatda deyilir ki, İranda həbs və ya saxlanma halında "şəxslərin əsas hüquqlarına və təhlükəsizliyinə hörmət edilmir”.

Belçika rəsmilərinin sözlərinə görə, İran hökuməti Olivier Vande Kastel adlı belçikalı yardım işçisini 28 il həbs cəzasına məhkum edib. O, fevralda həbs edilib və hazırda evin zindanında saxlanılır.
 
Daha əvvəl Almaniyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb. İranda xüsusilə ikili vətəndaşlığı olan şəxslər üçün təhlükəli vəziyyət yarandığı bildirilib.
 
"Hazırda İranda Almaniya vətəndaşları üçün saxlanılma və uzunmüddətli həbslə bağlı konkret təhlükə var”, - Almaniya XİN-in yaydığı məlumatda vurğulanıb.
 
Son vaxtlar İranda xarici vətəndaşlarla bağlı müxtəlif problemlərin yaşanması və süni əngəllər yaradılması tendensiyası mövcuddur.
 
Aytac Zeynalova
 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol