Çin təbii qaz alışında Yaponiyanı ötüb
Çin 2022-ci ilin oktyabrda mayeləşdirilmiş təbii qazın (LNG) alışını 6.42 milyon tona yüksəldib. Bu barədə "İnterfaks" Çinin gömrük məlumatlarına istinada yazıb.
Satınalmaların həcminə görə Çin Yaponiyanı ötüb. Yaponiya eyni ayda 5,09 milyon ton LNG idxal edib. Çin ikinci ildir ki, LNG idxalında Yaponiyanı qabaqlayır.
"Keçən il ilk dəfə olaraq Çin satınalmaların həcminə görə Yaponiyanı geridə qoydu və dünyanın ən böyük LNG istehlakçısı olub. Lakin 2022-ci ilin əvvəlindən etibarən yeni məhdudlaşdırıcı anti-COVID tədbirləri idxalın azalmasına səbəb olub.
Çin LNG-ni beş təchizatçıdan alır: Rusiya, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Myanma. Rusiya Çin bazarına mayeləşdirilmiş təbii qazın ən böyük tədarükçüsüdür.
Çin hakimiyyəti qışda evdə istilik mövsümünü təmin etmək üçün ölkənin iri dövlət şirkətlərinə mayeləşdirilmiş təbii qazın Avropa və Asiyadakı müştərilərə təkrar satışını qadağan edib. Söhbət "PetroChina Co”, "Sinopec” və "Cnooc Ltd” şirkətlərindən gedir. Təşkilatlar hələlik Pekinin qərarını şərh etməyiblər. Çin əvvəllər ABŞ-dan mayeləşdirilmiş təbii qaz almaq üçün böyük müqavilələr imzalayıb və 2022-ci ildə Çinli treyderlər daxili tələbatın aşağı olması səbəbindən bu tədarüklərin bir hissəsini Avropaya yönləndiriblər.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər