Qlobal iqtisadiyyatda depressiya olacağını proqnozlaşdırılır - Amerikalı ekspert
2008-ci ilin qlobal maliyyə böhranını proqnozlaşdıran amerikalı iqtisadçı Nuriel Roubini hökumət borcunun həddindən artıq yüksək olması səbəbindən qlobal iqtisadiyyatda dərin və uzun sürən depressiya proqnozlaşdırır. Bu barədə "Financial Times" nəşri yazıb.
Ekspertin sözlərinə görə, yeni tənəzzül ABŞ, Britaniya və Avropa İttifaqında qısa və zəif deyil, dərin və uzun olacaq.
Roubini qeyd edib ki, ən təhlükəli məqamlardan biri ABŞ-ın hazırda son 60 ilin "ən yüksək inflyasiyasını” yaşamasıdır ki, bu da hazırda 7,1% təşkil edir.
Ekspert hesab edir ki, belə şəraitdə faiz artımı "yumşaq enişlə bitə bilməz”.
İqtisadçı bildirib ki, Avropada vəziyyət daha pisdir. Beləliklə, Böyük Britaniya yüksək inflyasiya və iqtisadi artımın olmaması ilə üzləşir və İngiltərə Bankı "ən azı növbəti beş rüb" üçün iqtisadi tənəzzülə hazırlaşır.
www.anews.az

Roubini əlavə edib ki, dünyada ÜDM-ın yüksəlməsi mərkəzi bankların antiböhran siyasəti aparmaq imkanlarını xeyli məhdudlaşdırır, çünki onların faiz dərəcələrini yaxınlaşan tənəzzüllə mübarizə aparmaq üçün lazım olan səviyyəyə yüksəltmək imkanları yoxdur.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər