Rusiyanın 11 aeroportunda məhdudiyyət rejimi uzadılıb
Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanına uçuşların məhdudlaşdırılması rejimi 2022-ci il dekabrın 27-dək uzadılıb., bunu Federal Hava Nəqliyyatı Agentliyinin bəyanatında bildirilib.
Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb.
2022-ci il fevralın 24-dən Rusiya Ukraynada keçirilən xüsusi hərbi əməliyyat fonunda ölkənin cənubunda və mərkəzi hissəsində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər