• $
  • £

Özbəkistan Orta Dəhlizlə ilk yük qatarını yola saldı

Özbəkistan Orta Dəhlizlə ilk yük qatarını yola saldı
19.12.2022 19:30
Dekabrın 16-da Özbəkistandan Avropaya Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) vasitəsilə ilk konteyner qatarı yola düşüb. "Xronika Turkmenistana” xəbər verir ki, bu barədə "Uztemiryulkonteyner” məlumat yayıb.
 
Yük qatarı mis konsentratı ilə yüklənmiş 46 vaqon və 91 ədəd konteynerdən ibarət olub.
 
Bildirilib ki, qatar "Özbəkistan - Türkmənistan - Azərbaycan - Gürcüstan - Bolqarıstan/Avropa" marşrutu ilə hərəkət edir. Marşrutun uzunluğu 4000 kilometrdən çoxdur.
 
Orta Dəhliz kimi tanınan marşrut dəmir yolu bərələri vasitəsilə Türkmənistan, Azərbaycan və Gürcüstandan, həmçinin Xəzər və Qara dənizlərdən keçir. Avropa İttifaqı Rusiya ərazisindən keçən ənənəvi Şimali Avropa-Asiya dəmir yolu marşrutuna alternativ olaraq Orta Dəhlizi təşviq edir. Avropa Yenidənqurma və İnkişaf Bankı noyabrda Rusiyadan yan keçməklə Avropa və Asiya arasında yükdaşıma marşrutlarının inkişafına milyardlarla avro sərmayə qoymağa hazır olduğunu bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol