Ukrayna beş ayda 14,3 milyon ton kənd təsərrüfatı məhsulları ixrac edib
"Taxıl sövdələşməsi”nin – Qara dəniz limanlarının bloklanmasına dair sazişin işə salındığı avqustdan Ukrayna artıq 14,36 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edib. "İnterfaks" bu barədə "taxıl müqaviləsi” çərçivəsində yaradılmış Birgə Koordinasiya Mərkəzinin (JCC) növbəti hesabatına istinadan məlumat verib.
www.anews.az
Bildirilir ki, bazar ertəsi daha beş gəmi Ukrayna limanlarından ümumilikdə 200 min ton qarğıdalı, buğda və soya yükü ilə yola düşüb. Onlar Keniya, Tunis, Liviya, Türkiyə və İspaniyaya gedəcəklər.
Rusiya, Türkiyə, Ukrayna və BMT arasında taxıl müqaviləsi noyabrın 18-dən 120 gün müddətinə uzadılıb. 2022-ci il iyulun 22-də İstanbulda bağlanmış əvvəlki müqavilənin müddəti noyabrın 18-də başa çatıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər