Perudakı etirazlarda ölənlərin sayı açıqlanıb
Perudakı etiraz aksiyalarında həyatını itirənlərin sayı açıqlanıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
www.anews.az
Aksiya zamanı 61 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 26 nəfər isə həyatını itirib.
Paytaxt Lima şəhəri başda olmaqla, ölkənin bütün şəhərlərində keçirilən aksiyalarda etirazçıların əsas tələbi Kastillonun azadlığa buraxılması, hazırkı prezident Dina Boluartenin istefası, Konqresin buraxılması və təcili seçkilərdə yeni seçkilərin keçirilməsidir.
Boluarte yeni seçkilərin 2023-cü ilin dekabrında keçiriləcəyini açıqlamışdı. Ölkə Konqresi isə bu barədə qərar layihəsini rədd etmişdi. Etirazlara dəstək məqsədilə bir neçə gün öncə 2 nazir istefa verdiyini açıqlamışdı.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər