• $
  • £

“İnnoMEDİA” layihəsinin açılış mərasimi keçirilib

“İnnoMEDİA” layihəsinin açılış mərasimi keçirilib
20.12.2022 10:43
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, yerli və xarici təlimçilərin iştirakı ilə "Jurnalistikada konvergensiya” və "Mediada rəqəmsal imkanlar” mövzularında 2 moduldan ibarət "İnnoMEDİA” layihəsinin açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, rəqəmsal alətlərdən istifadə edərək səmərəli ünsiyyətin qurulması, sosial medianın məlumat mənbəyi kimi aktuallaşması, rəqəmsal transformasiya, ümumilikdə isə rəqəmsal qloballaşma prosesləri fonunda dünyada müxtəlif trendlərin mövcudluğu gənclərin yeni media mühitini anlaması və bilik və bacarıqlara yiyələnməsini vacib edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində təşkil olunan proqramın ilk təlimində "ASAN Radio"nun direktoru Emin Musəvi "Ənənəvi və rəqəmsal mediada jurnalistika” mövzusunda çıxış edib. O, təlim zamanı qeyd edib ki, texnoloji təkamülün media mühitinə kompleks təsiri və ənənəvi media məzmunlarının rəqəmsal formaya inteqrasiyası medianın təsir dairəsini genişləndirmiş və bu onu ictimai platformaya çevirmişdir.

Sonda interaktiv müzakirə sessiyaları olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Dekabrın 24-nə qədər 50 nəfərə yaxın gəncin iştirakı ilə davam edəcək "İnnoMEDİA” layihəsinin əsas məqsədi jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsi, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsi, şəbəkələşmə mühitinin üstünlüklərindən yararlanaraq kommunikasiya əlaqələrinin qurulması və inkişaf etdirilməsi, rəqəmsal media ekosisteminin inkişafına töhfə verilməsidir.
 
 
Əlavə məlumat üçün: 
Email: [email protected]
Telefon: (012) 526-16-16
               (994) 55-362-90-95
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Cəmiyyət 12:32
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
Cəmiyyət 12:08
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 11:50
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Xəzərdə zəlzələ olub
Cəmiyyət 11:18
Xəzərdə zəlzələ olub
Suraxanıda 32 kiloqram narkotik vasitə aşkarlanıb
Cəmiyyət 11:11
Suraxanıda 32 kiloqram narkotik vasitə aşkarlanıb
2025-də doğulan hər 4 körpədən biri 3,5 kiloqramdan ağır olub
Cəmiyyət 11:01
2025-də doğulan hər 4 körpədən biri 3,5 kiloqramdan ağır olub
Ədalət Verdiyev: Hərbçilərin maaş və pensiyalarının artırılması gözlənilir
Cəmiyyət 10:43
Ədalət Verdiyev: Hərbçilərin maaş və pensiyalarının artırılması gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol