Tvitter, sorğularını yalnız Tvitter Blue istifadəçiləri üçün açıq edəcək
İlon Mask, 10 milyondan çox insanın onun Tvitter-in baş direktoru vəzifəsindən getməsinin lehinə səs verdikdən sonra tvit ataraq, gələcək siyasətlə bağlı sorğularda yalnız ödənişli "Twitter Blue” abunəçilərinin səs verə biləcəyini söyləyib. Bu barədə "The Guardian” məlumat verib.
Mask Tvitter istifadəçilərinə sorğunun nəticələrinə əməl edəcəyinə söz verərək, şirkətin rəhbəri vəzifəsindən istefa verməsini istəyib istəmədiklərini soruşub. Anket başa çatdıqdan sonra, sorğuda iştirak edən 57,5% onun istefa verməli olduğunu söyləyib.
Platformanın məhsuldar istifadəçisi olan Mask sorğudan dərhal sonra tvit yazmayıb. Mask səsvermənin nəticələrinin saxta hesablarla təhrif edildiyinə dair çoxsaylı təkliflərə cavab verərək susqunluğu pozub.
Başqa bir istifadəçinin "Mavi abunəçilər siyasətlə bağlı sorğularda səs verə biləcək yeganə şəxslər olmalıdır” təklifinə cavab olaraq Mask Tvitterin bu dəyişikliyi edəcəyini deyib.
Baş icraçı vəzifəsindən istefa vermək ideyası da Tvitter sorğusu dərc edilməmişdən xeyli əvvəl eyham edilmişdi. Noyabrın 16-da o, Delaver hakiminə Tvitter-də vaxtını azaltmağı və "zamanla Twitter-i idarə edəcək başqa birini tapmağı” planlaşdırdığını söyləyib.
Lida Abbaslı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər