Rusiyanın 86 regionunda donuz qripi virusu aşkarlanıb
Rusiyanın 86 regionunda donuz qripi aşkarlanıb. Bu barədə TASS-da qeyd olunub.
Məlumatda bildirilir ki, virusun strukturunda qrip virusları üstünlük təşkil edir
"70% insanda virusin ən çox yayılanı A (H1N1) -2009 virusu aşkar edilib və bu da artıq 86 regionda dövriyyədədir", - hesabatda deyilir.
Rospotrebnadzor qeyd edib ki, bu, ölkədə dolaşan respirator virusların strukturunda ən çox yayılan variantıdır.
Qrip olmayan etiologiyalı digər respirator viruslar arasında RS virusları, rinoviruslar və metapnevmoviruslar üstünlük təşkil edib.
Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.
Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.
Donuz qripi tənəffüs yollarının iltihabıdır. Qripin A qrupuna aiddir. Adətən donuzlara yoluxur, lakin insanlara da keçə bilir. Bu qrip virusunun yeni ştammıdır və güman edilir ki, iki köhnə qrip virusunun eyni donuzu yoluxdurması nəticəsində yaranıb.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər