İranda ölən etirazçıların sayı açıqlandı
İranda aksiya zamanı öldürülənlərin sayı 506 nəfərə çatıb. Bu barədə Radiofara İran İnsan Haqları qrupunun yaydığı məlumatda bildirilib.
Dekabrın 20-ə olan məlumata görə, ölkədə etirazlar zamanı 69-u uşaq olmaqla, ümumilikdə 506 nəfər həlak olub.
Bu günə qədər 18 mindən çox etirazçı həbsə atılıb, onlardan yalnız 3976 nəfərin kimliyi müəyyən edilib.
Saxlanılanlar arasında jurnalist, sənətçi, idman və ictimai fəalların olduğu deyilir. Hüquq müdafiəçiləri 161-ə yaxın şəhər və qəsəbələrdə hökumət əleyhinə çıxışların olduğunu söyləyib.
İran liderləri etirazları ölkənin xarici düşmənləri tərəfindən təşkil edilən "iğtişaşlar" adlandırıb.
Ölkədə etirazlar sentyabrda başörtüsü qərarını pozmaqda günahlandırılaraq əxlaq polisi tərəfindən saxlanılan, daha sonra saxlanma kamerasında vəfat edən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra alovlanıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər