• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell ilə “Qarabağın səsini dinlə”

Azercell ilə “Qarabağın səsini dinlə”
21.12.2022 17:26
Lider mobil operator "Şuşa ili”nə öz rəqəmsal töhfəsini verir

2022-ci ilin ölkə prezidenti tərəfindən "Şuşa İli” elan edilməsi ilə əlaqədar olaraq "Azercell Telekom” Şuşa mədəni irsindən ibarət əsər toplusunu audiokitab, audiopyes, komiks, animasiya, podkast, videolar formatında həm yerli, həm də beynəlxalq ictimaiyyətə təqdim etdi. Məzmun Azərbaycan, Türk, İngilis, Rus və Fransız dillərində hazırlanaraq əlçatan formatda ilk öncə Youtube kanalı vasitəsilə izləyici auditoriyası üçün açıq elan edildi. Beləliklə, "Qarabağın səsini dinlə” adı altında dərc olunan Azercell-in xüsusi məzmun seriyasının təqdimatı təntənəli şəkildə ADA Universitetində baş tutdu. 


Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Süleyman Sani Axundov və digər yazıçı və mütəfəkkirlərimizi yetişdirən Şuşa ədəbi mühiti Azərbaycan mədəniyyətində özünəməxsus yer tutub. Şuşalı müəlliflərin əsərləri ilə yanaşı, Azercell milli rəqəmsal məzmunun həm ana dilində, həm də dünyanın müxtəlif dillərində yayımlanması məqsədilə İmadəddin Nəsiminin seçmə qəzəllərini, Nizami Gəncəvinin əsərlərindən 100-dən çox seçilmiş parçaları, "Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif oçerk və elmi əsərləri, eləcə də müxtəlif klassik və müasir müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq oxuculara çatdırmışdı.


"Azercell Telekom”un  2017-ci ildən etibarən həyata keçirdiyi rəqəmsal kitabxana və Audiokitab layihəsi Azərbaycan mədəni irsinin qorunub-saxlanması, gələcək nəsillərə, eləcə də, dünya ictimaiyyətinə daha rahat müasir vasitələrlə çatdırılmasına, eyni zamanda mütaliə mədəniyyətinin təbliğinə yönəlmiş əhəmiyyətli təşəbbüsdür.   





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var
Cəmiyyət 16:10
Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 15:45
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Sumqayıtda beş avtomobil toqquşub
Cəmiyyət 15:30
Sumqayıtda beş avtomobil toqquşub
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 14:15
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Cəmiyyət 11:29
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:12
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Cəmiyyət 10:10
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Fransa polisi qiymət artımına qarşı aksiyalarda 1 000-ə yaxın şəxsi saxlayıb
Cəmiyyət 23:35
Fransa polisi qiymət artımına qarşı aksiyalarda 1 000-ə yaxın şəxsi saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol