Hindistan Afrika və Yaxın Şərq ölkələri ilə rupi ilə ticarət etmək qərarına gəlib
Hindistan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və bəzi Afrika dövlətləri ilə öz milli valyutası - rupi ilə ticarət etmək niyyətində olduğunu bildirib. Bu barədə "Business Standard” qəzeti yazıb.
"Hindistan bu ölkələrlə qarşılıqlı hesablaşmaları rupiyə çevirmək imkanını nəzərdən keçirir. Bu addım bu dövlətlərin bir çox xarici ticarət tərəfdaşları tərəfindən müsbət qiymətləndirilib”, - qəzetdə qeyd olunub.
Qəzetin həmsöhbətlərinin fikrincə, Hindistan da rupini dünya bazarında istifadə üçün məqbul etmək istəyir.
Apreldə Rusiya Mərkəzi Bankı və Hindistanın Ehtiyat Bankı rupi və rublla mal və xidmətlər üçün ödəniş variantları ilə bağlı iclas keçirib. Danışıqların məqsədi Rusiyanın Ukraynada xüsusi əməliyyatı fonunda ABŞ və Avropa İttifaqının tətbiq etdiyi anti-Rusiya sanksiyalarına baxmayaraq, ikitərəfli ticarət və bank əməliyyatlarını dəstəkləməyə kömək edəcək normativ baza yaratmaqdır.
www.anews.az

Rusiya mediasında daha əvvəl Rusiya və İran banklarının rubl və İran rialında qarşılıqlı hesablaşmalar barədə razılığa gəldiyini də yazılmışdı.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
İqtisadiyyat
14:55
Cəmiyyət
13:05
Cəmiyyət
12:58
Cəmiyyət
12:30
İqtisadiyyat
12:18