• $
  • £

Rusiya ilk dəfə Türkiyəyə rublla taxıl tədarük edib

Rusiya ilk dəfə Türkiyəyə rublla taxıl tədarük edib
22.12.2022 13:25
Rusiya ilk dəfə Türkiyəyə rublla taxıl tədarük edib.Bunu Rusiyanın baş naziri müavini Viktoriya Abramçenko NTV telekanalının efirində bildirib.


Onun sözlərinə görə, bu, bir sınaq idi və uğurlu alındı.


"Türkiyə ilə təcrübə payızda aparılıb. Bu bir qayda deyil.Sınaq təcrübəsi idi və uğurlu olub”, - Abramçenko bildirib.


Nazir müavini bildirib ki, Rusiya Mərkəzi Bankı dost ölkələrlə milli valyutalarda hesablaşmalar məsələsi üzərində fəal işləyir.


 Hazırda Rusiya dünyanın 150 ölkəsinə, əsasən də dost dövlətlərə ərzaq ixrac edir.


Dövlət rəsmisi vurğulayır ki, 2022-ci ildə Rusiyadan bu ölkələrə 21 milyon ton ərzaq və 14,5 milyon ton gübrə ixrac edilib.


"Biz anti-Rusiya sanksiyaları, o cümlədən logistika ilə bağlı yaranan çətinlikləri dəf edirik”, o söyləyib.


2022-ci ilin martında Rusiya Taxıl İxracatçıları İttifaqı (TD Rif, Aston, Demetra Trading, OZK, Cargill, Viterra) Rusiyanın xarici alıcıları ilə hesablaşma mexanizminin işlənib hazırlanması təklifi ilə Mərkəzi Banka müraciət edib. 


Təklifə əsasən, Rusiya taxılının ən böyük alıcıları - Türkiyə, Misir, İran və Səudiyyə Ərəbistanı müqavilələrin rublla bağlanmasına keçməli olacaqlar.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox