• $
  • £

Avropa Məhkəməsi Laçın dəhlizindəki durumla bağlı qərar qəbul edib

Avropa Məhkəməsi Laçın dəhlizindəki durumla bağlı qərar qəbul edib
22.12.2022 16:15
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 21-də Ermənistanın "Laçın dəhlizi”ndəki durumla bağlı Azərbaycana qarşı müvəqqəti tədbirin görülməsi tələbi üzrə qərar qəbul edib.
 

"Hazırda "Laçın dəhlizi”ndəki duruma Azərbaycan hökumətinin nə dərəcədə nəzarət etməsinin mübahisəli olmasına, durumun aydın olmamasına, əlavə olaraq, 9 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatın 6-cı maddəsi üzrə Azərbaycanın üzərinə götürdüyü Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat vermək öhdəliyi var”, məhkəmə qərarında qeyd olunub.  
 
Məhkəmə, konvensiyadan irəli gələn öhdəlikləri xatırladaraq, öz Reqlamentinin 39-cu Qaydasına əsasən, tərəflərin mənafeyi və qarşıdakı proseslərin uyğun şəkildə aparılması naminə, Ermənistanda müalicə almağa ehtiyacı olan ağır xəstələrə, sığınacağı və dolanışığı olmayıb yolda qalan digər şəxslərə "Laçın dəhlizi” vasitəsilə təhlükəsiz keçidi təmin etmək üçün Azərbaycan Hökumətinə yurisdiksiyasına daxil olan bütün tədbirləri görməyi bildirmək qərarı verib.
 
Bu işdə ərizəçi olan Ermənistan hökumətinin tələbi Dağlıq Qarabağdakı milliyətcə erməni sakinlərin tibbi xidmətə çatım başda olmaqla həyati əhəmiyyətli xidmətlərə çatımı təmin edən "Laçın dəhlizi”nin blok edilməsi iddiası ilə bağlı idi.
 
 Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib. Azərbaycanın Qarabağa gedən qazı kəsməsi, məktəblərin bağlamağa məcbur olması haqda iddialara cavabında, Azərbaycan hökuməti bəyan edib ki, "Azəriqaz” Dövlət Qaz Şirkəti sözügedən region da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində yaranan kəsintilərin səbəbini müəyyən etməyə çalışır. Əraziyə qazın verilişi 9 dekabr 2022-ci il tarixdə bərpa olunub.
 
Lida Abbaslı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox