• $
  • £

İranda həbs edilən vəkillərin sayı açıqlanıb

İranda həbs edilən vəkillərin sayı açıqlanıb
23.12.2022 17:24
İranda etiraz aksiyaları zaman saxlanılan şəxsləri təmsil edən vəkillərdən  44-ü həbs edilib. Bu barədə İran mediasında məlumat yayılıb.

 Verilən məlumata görə, sentyabın 16-ı həbsdə olan vəkillərdən 20-si zaminə buraxılıb, qalanları isə hələ də həbsdədir.

Hesabatda göstərilib ki, azı iki iranlı vəkilə sərt cəzalar verilib.

Onların arasında Şərqi Azərbaycan vilayətində Hüquqşünasların İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifi 6 ay həbs cəzasına məhkum edilib və 2 il ölkədən çıxmasına qadağa qoyulub. 

Hüquq-müdafiə qruplarının məlumatına görə, İrandakı repressiyalar zamanı 400-dən çox insan ölüb. Jurnalistlər, hüquqşünaslar, fəallar, rəqəmsal hüquq müdafiəçiləri və başqaları da daxil olmaqla, minlərlə insan həbs edilib.
 
Dekabrın 20-ə olan məlumata görə,  ölkədə etirazlar zamanı 69-u uşaq olmaqla, ümumilikdə 506 nəfər həlak olub.

Bu günə qədər 18 mindən çox etirazçı həbsə atılıb, onlardan yalnız 3976 nəfərin kimliyi müəyyən edilib.
 
Saxlanılanlar arasında jurnalist, sənətçi, idman və ictimai fəalların olduğu deyilir. Hüquq müdafiəçiləri 161-ə yaxın şəhər və qəsəbələrdə hökumət əleyhinə çıxışların olduğunu söyləyib.

İran liderləri etirazları ölkənin xarici düşmənləri tərəfindən təşkil edilən "iğtişaşlar" adlandırıb.

Ölkədə etirazlar sentyabrda başörtüsü qərarını pozmaqda günahlandırılaraq əxlaq polisi tərəfindən saxlanılan, daha sonra saxlanma kamerasında vəfat edən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra alovlanıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox