• $
  • £

Bir qrup erməni Torontoda Azərbaycan əlehinə aksiya keçirib

Bir qrup erməni Torontoda Azərbaycan əlehinə aksiya keçirib
26.12.2022 14:18
Torontoda yaşayan bir qrup erməni BMT-nin binası qarşısında Azərbaycanlı ekoloqların keçirdiyi aksiyaya etiraz olaraq mitinq keçirib. Bu barədə "Armenophobia.org” layihəsinin koordinatoru Maro Koçinyan Facebook səhifəsində məlumat verib.
 
O bildirib ki, Azərbaycanın ərzaq, yanacaq və dərman ala bilməyən 120 min insanı girov götürməsindən 8 gün keçir.

Etirazçılar beynəlxalq ictimaiyyətdən humanitar fəlakətin qarşısını almaq üçün tədbirlər görməyi tələb ediblər.
 
Dekabrın 12-dən bir qrup QHT nümayəndələri və ekoaktivistlər Qarabağda faydalı qazıntı yataqlarnın qanunsuz istismarı əlehinə Xankəndi - Laçın yolunda etiraz aksiyası keçirir. Onlar Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi edirlər. 
 
Aksiya keçirilən 15 gün ərzində Sülhməramlı kontintengə məxsus bir neçə nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
 
Bu dövr ərzində bir çox beynəlxalq təşkilatlar və ölkələr iki ölkə arasında gərginliyi azaltmağa çağırıb. 
 
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox