İranda vəzifəli şəxslərin ölkədən çıxışına qadağa qoyulub
İranda dekabrın 26-da parlamentdə vəzifəli şəxslərin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə İran mediasında məlumat yayılıb.
Gündəlikdə olan əsas mövzu İranda vəzifəli şəxslərin və bundan öncə səlahiyyət sahiblərinin ölkədən çıxışına qadağa qoyulması barədə layihənin müzakirəsidir.
Son vaxtlar ölkədə etiraz aksiyalarının davam etməsi ilə eyni vaxtda hökumət məmurlarının və ya bundan öncə vəzifədə olan şəxslərin ailə üzvlərini xaricə göndərmələri ilə bağlı məlumatlar yayılmaqdadır.
www.anews.az

Daha əvvəl İran rəsmilərinin ailələrinin ölkədən qaçması və onların bəzilərinin Londona yerləşməsi barədə məlumatlar yayılıb.
Cari ilin sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb edirlər. Aksiyalar zamanı 10 mindən çox etirazçı saxlanılıb. Onlar arasında xarici ölkə vətəndaşları da var.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
İqtisadiyyat
14:55
Cəmiyyət
13:05
Cəmiyyət
12:58
Cəmiyyət
12:30
İqtisadiyyat
12:18