“Apple” telefonlarının Rusiyada uyğunlaşdırılmasına icazə verilməyib
"Apple” telefonlarının Rusiya rabitə şəbəkələrinə uyğunlaşdırılmasına icazə verməyib. Bu barədə UNİAN-da məlumat yayılıb.
Media bildirir ki, buna səbəb Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına görə mobil operatorları iPhone 14 telefon xətti üçün şəbəkələrində VoLTE və VoWiFi funksiyalarını dəstəkləmək üçün Apple ilə razılığa gələ bilməyib.
Rusiya mediasının məlumatına görə, Rusiyaya idxal edilən iPhone 14 telefonlarında LTE (VoLTE) üzərindən səs və Wi-Fi üzərindən zənglər funksiyaları düzgün işləmir. Eyni zamanda Rusiyada iPhone 14-də VoWiFi-ı aktivləşdirmək mümkün olmayıb.
2022-ci ilin martında Apple Rusiyada fəaliyyətini dayandırıb. O vaxtdan buraxılan üçüncü nəsil iPhone 14 və iPhone SE birbaşa Rusiyaya göndərilmir. Nəticədə Rusiya operatorları yeni iPhone-ların öz şəbəkələri ilə uyğunluğu ilə bağlı istehsalçı ilə razılaşa bilmirlər.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
İqtisadiyyat
14:55
Cəmiyyət
13:05
Cəmiyyət
12:58
Cəmiyyət
12:30
İqtisadiyyat
12:18