Kanadada 1,2 milyon insan işıqsız qaldı
Dekabrın 23-dən 25-dək Kanadanın şərq əyalətlərinə yağan şaxtalı yağışlar və güclü qar səbəbindən ümumilikdə 1,2 milyona yaxın elektrik istehlakçısı işıqsız qalıb. Bu barədə Kanada mətbuatı məlumat verib.
Elektrik ötürücü şəbəkələrdə yaranan fasilələr hələlik tam bərpa olunmayıb.
Pis hava şəraitindən ən çox Kvebek əyalətinin sakinləri əziyyət çəkib, burada 670 min istehlakçı elektrik enerjisini itirib. İndiyədək onlardan 42 mindən çoxu işıqsız qalıb. Ontarioda 430 000 ev təsərrüfatlarına elektrik enerjisi artıq bərpa edilib, daha 20 000 ev təsərrüfatının tezliklə qoşulacağı gözlənilir. Nyu-Brunsvikdə qar yağması səbəbindən 70 min istehlakçı işıqsız qalıb və elektrik enerjisi demək olar ki, tam bərpa olunub.
Dekabrın 23-nə keçən gecə Kanadanın şərq rayonlarına güclü küləklə müşayiət olunan şaxtalı yağış və qar yağıb. Küləyin sürəti bəzi yerlərdə 28 m/s-ni keçib. Yüzlərlə ağac yıxılıb, elektrik xətləri zədələnib, hava limanlarında yüzlərlə reys gecikib və ləğv edilib. Ölən və yaralananlar barədə məlumat verilmir
www.anews.az

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
İqtisadiyyat
14:55
Cəmiyyət
13:05
Cəmiyyət
12:58
Cəmiyyət
12:30
İqtisadiyyat
12:18