• $
  • £

Almaniya Ukraynaya Leopard-2 tanklarını göndərəcəyini təsdiqləyib

Almaniya Ukraynaya Leopard-2 tanklarını göndərəcəyini təsdiqləyib
25.01.2023 17:46
Almaniya hökuməti Ukraynaya Leopard-2 tanklarını göndərəcəyini açıqlayıb. Bu qərarı Almaniya kansleri Olaf Şolz Nazirlər Kabinetinin iclasında açıqlayıb. Bu barədə BBC məlumat yayıb. 

Almaniya həmçinin Leopard tanklarının üçüncü ölkələr tərəfindən Ukraynaya təkrar ixracına icazə verəcək.

Bu açıqlamanı şərh edən Olaf Şolz bildirib ki, Berlin birinci mərhələdə Ukraynaya hərbi ehtiyatlarından 14 Leopard-2 tankı verəcək. Onun məqsədi mümkün qədər tez iki tank batalyonu yaratmaqdır. Yaxın vaxtlarda Almaniyada Ukrayna hərbçilərinin təliminə başlanılacaq. Scholz deyib ki, Berlin həm də logistika və sursat təmin edəcək.

ABŞ-ın da tezliklə Ukraynaya M1 Abrams tanklarının göndəriləcəyi gözlənilir. 


Amerika tanklarının mümkün tədarükünü şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu tankların da digərləri kimi yandırılacağını bildirib.


"Əminəm ki, bir çox peşəkarlar bu fikrin absurdluğunu başa düşürlər. Sırf texnoloji mənada, bu, kifayət qədər uğursuz plandır. Biz təkrarladıq ki, qalanları kimi bu tanklar da yandırılacaq”, – Peskov jurnalistlərə bildirib.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Siyasət 13:05
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Siyasət 11:15
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Siyasət 14:40
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Paşinyan: bazar günü hökumət istefa verəcək
Siyasət 14:47
Paşinyan: bazar günü hökumət istefa verəcək
Sabah Tramp Zelenski ilə görüşəcək
Siyasət 12:19
Sabah Tramp Zelenski ilə görüşəcək
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Siyasət 10:05
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Siyasət 17:30
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Siyasət 14:56
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox