• $
  • £

Mariya Stadnik 35 saniyəyə qızıl medal qazanıb

Mariya Stadnik 35 saniyəyə qızıl medal qazanıb
05.03.2023 22:00
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dan Kolov - Nikola Petrov turnirinə yekun vurulub.

Yarışın son günündə Azərbaycanın iki güləşçisi final görüşünə çıxıb.

Mariya Stadnikin (50 kq) qazaxıstanlı Svetlana Ankiçevayla qarşılaşması cəmi 35 saniyə çəkib. Qadınlardan ibarət yığmanın lideri rəqibinə tam üstünlüklə (10:0) qalib gələrək cari ildə ilk titulunu qazanıb.

125 kq-da çıxış edən sərbəst güləşçi Georgi Meşvildişvili isə həlledici görüşdə iranlı Mustafa Tağaniylə üz-üzə gəlib. İlk hissəni 2:0 öndə tamamlayan milli üzvü ikinci yarıda üstünlüyünü bir qədər də artırıb. Yekunda 7:2 hesablı qələbə qazanan Meşvildişvili fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan güləşçiləri ənənəvi yarışda ümumilikdə 4 medal qazanıblar. Daha öncə sərbəst güləşçilərdən İntiqam Vəlizadə (61 kq) gümüş, İbrahim Yusubov (92 kq) isə bürünc medal əldə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür edib
İdman 22:16
"Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür edib
Əliyev “Sabah”ı Çempionlar Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib
İdman 10:58
Əliyev “Sabah”ı Çempionlar Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - Yenilənib
İdman 23:23
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - Yenilənib
"Qarabağ" "Tvente"ni məğlub edib - Yenilənib
İdman 23:54
"Qarabağ" "Tvente"ni məğlub edib - Yenilənib
Azərbaycanın iki qadın güləşçisi U-20 dünya çempionatında finala yüksəlib
İdman 20:58
Azərbaycanın iki qadın güləşçisi U-20 dünya çempionatında finala yüksəlib
"Qarabağ" - "Tvente" oyununun biletləri satışa çıxarılıb
İdman 21:55
"Qarabağ" - "Tvente" oyununun biletləri satışa çıxarılıb
Qurban Qurbanov: çox vacib səfərə çıxırıq
İdman 11:18
Qurban Qurbanov: çox vacib səfərə çıxırıq
Almaniyalı futbolçu Niklas Fyullkruq "Verder"ə keçib
İdman 18:21
Almaniyalı futbolçu Niklas Fyullkruq "Verder"ə keçib
“Sumqayıt”ın kapitanı əməliyyat olunub - 5 ay yaşıl meydanlardan uzaq qalacaq
İdman 14:07
“Sumqayıt”ın kapitanı əməliyyat olunub - 5 ay yaşıl meydanlardan uzaq qalacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol