Canni İnfantino Bakıda U-15 dünya çempionatının keçirildiyi kompleksi ziyarət edib
FIFA prezidenti Canni İnfantino, Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf Bakıda keçirilən U-15 dünya çempionatı və festivalının ilk günündə Hövsan Yarış Kompleksinə baş çəkiblər.
Rəsmilər kompleksdə yaradılmış şəraitlə tanış olub və turnirin ilk qarşılaşmalarını izləyiblər. Yarışın ilk günündə sözügedən məkanda 92 matçın keçirilməsi nəzərdə tutulub.
Tədbirlər proqramı bu axşam Bakı Kristal Zalında rəsmi açılış mərasimi və Azərbaycan milli komandasının Şərqi Timor yığması ilə oyunu ilə davam edəcək.
İlk dəfə təşkil olunan və 189 ölkənin təmsil olunduğu FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 30-dək davam edəcək.