• $
  • £

Misir Rusiyaya gizli şəkildə raket göndərməyi planlaşdırır

Misir Rusiyaya gizli şəkildə raket göndərməyi planlaşdırır
11.04.2023 11:47
Misir prezidenti gizli şəkildə Rusiyaya raket tədarük etməyi planlaşdırır və bu məlumatın gizli saxlamağı tapşırıb. Bu barədə UNİAN-da məlumat yayılıb.  
 
"Amerikanın Yaxın Şərqdəki ən yaxın müttəfiqlərindən biri və ABŞ-dan əsas yardım alan Misir prezidenti Əbdül Fətah əs-Sisi bu yaxınlarda öz tabeliyində olanlara gizli şəkildə Rusiyaya göndərilmək üçün 40 minə qədər raket istehsal etməyi əmr edib”, - şəbəkəyə sızmış The Washington Post bildirib. 
 
Sənədin bir hissəsində Sisi ilə Misirin yüksək rütbəli hərbi qulluqçuları arasında iddia edilən danışıqların məzmunu, həmçinin Rusiyaya artilleriya mərmiləri və barıt verilməsi planlarından bəhs edilib.
 
Məxfi məlumatlarla bağlı adının açıqlanmasını istəməyən ABŞ hökumətinin sözçüsü raket ixracı təşəbbüsünə istinad edərək, bu planın həyata keçirilməsindən xəbəri olmadığını deyib.  
 
"Rusiyaya Ukraynadakı müharibəsi üçün silah vermək Misir üçün potensial partlayıcı addım olardı. Misir Moskva ilə əlaqələrini dərinləşdirməsinə baxmayaraq, Amerika ilə tərəfdaşlığına dərin sərmayə qoymağa davam edir” - WP bilidirib. 
 
Rusiyanın Ukraynaya müdaxiləsi bütün dünyada xammal qiymətlərini artırıb və son illərdə buğdanın 80%-dən çoxunu Rusiya və Ukraynadan təmin edən dünyanın ən böyük buğda idxalçısı Misirə ciddi təzyiq göstərib. Ukrayna ilə bağlı məlumatların şəbəkəyə sızması ABŞ-ın müttəfiqləri ilə münasibətlərində böhrana səbəb olub.
 
Zinyət

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Dünya 13:30
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Dünya 09:27
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Dünya 23:46
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Dünya 23:21
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb
Dünya 21:33
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb

Rusiya Aleksandrovka qəsəbəsini bombalayıb, 4 nəfər ölüb
Dünya 16:36
Rusiya Aleksandrovka qəsəbəsini bombalayıb, 4 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol