• $
  • £

Cənubi Koreya ABŞ-a kreditlə 500 min artilleriya mərmisi verəcək- KİV

Cənubi Koreya ABŞ-a kreditlə 500 min artilleriya mərmisi verəcək- KİV
12.04.2023 17:45
Cənubi Koreya ABŞ-a kreditlə 500 min artilleriya mərmisi verəcək.  UNİAN-nın məlumatına görə, sursatların verilməsi qərarı Cənubi Koreya prezidenti Yoon Seok Yeolinin ABŞ-a səfəri və bu ayın sonunda Koreya ilə ABŞ arasında keçiriləcək sammit öncəsi qəbul edilib. 

Ötən ay ABŞ prezidenti Co Baydenin administrasiyasının Koreya hökuməti və müdafiə sənayesi ilə 500.000 Koreya istehsalı olan 155-ci silah almaq üçün müqavilə imzaladığı məlum olub.

UNİAN mənbələrinə görə, Birləşmiş Ştatlar bu mərmilərdən 100.000-ni 2022-ci ildə Cənubi Koreyadan alıb və bu ilin fevralında daha 100.000-ni istəyib.

Mərmilərin ancaq kreditlə verildiyi və Koreya hökumətinin mülkiyyətində qalacağı sonradan isə geri qaytarılacağı vurğulanıb.

Belə bir sxem üzrə mərmilərin verilməsi Cənubi Koreya hökumətinə silahın Ukraynaya girməyəcəyinə əmin olmağa, diplomatik riskləri minimuma endirməyə və Rusiya ilə münasibətlərdə problemlərdən qaçmağa imkan verəcək.

Pentaqonun araşdırdığı məxfi hərbi məlumatların sızması nəticəsində məlum olub ki, Seul Vaşinqtona sursat verməkdə tərəddüd edir. 
 
İddialara görə, Cənubi Koreya prezidenti Yun Suk-yeolun əsas köməkçiləri Ukraynaya silah tədarükünün əleyhinə olan Cənubi Koreyanın mövqeyinin dəyişməsinin dövlət başçısının Vaşinqtona səfəri öncəsi sövdələşmə kimi qiymətləndiriləcəyindən ehtiyat ediblər. 
 
Aprelin 11-də Cənubi Koreya prezident administrasiyası sızmaya münasibət bildirib və oradakı sənədlərin məzmununun "dəyişdirilmiş” və "yalan” olduğunu bildirib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Dünya 13:30
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Dünya 09:27
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Dünya 23:46
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Dünya 23:21
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb
Dünya 21:33
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb

Rusiya Aleksandrovka qəsəbəsini bombalayıb, 4 nəfər ölüb
Dünya 16:36
Rusiya Aleksandrovka qəsəbəsini bombalayıb, 4 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol