• $
  • £

İranlı jurnalistlər Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər

İranlı jurnalistlər Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər
03.05.2023 15:18
İranın 3 məhbus jurnalistləri BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər. Bu barədə təşkilat məlumat yayıb.

UNESCO-nun KİV üzrə beynəlxalq jüri heyətinin üzvü Zeynəb Sələbi deyib ki, Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi mükafata layiq görülən jurnalistlər həqiqəti bildirmək və çatdırmağa çalışıblar. Buna görə də ağır cəza alıblar.

Nərgiz Məhəmmədi Güney Azərbaycanın Zəncan şəhərindəndir. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib.

Ötən ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının "Cəsarət Mükafatı” verilib. O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb. Bundan başqa, Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb.

Nilufər Həmidi və İlahə Məhəmmədi Kanada Mətbuat Azadlığı Mükafatına layiq görülüblər. Nilufər Həmidi Məhisa Əminin qətli xəbərini yaydığı, İlahə Məhmmmədi isə onun dəfn mərasimindən reportaj hazırladığı üçün həbs olunublar.
 
İranda 2009-cu ildə prezident seçkilərindən sonra müxalifət hərəkatında iştirakına görə həbs edilmiş jurnalist Əhməd Zeydəbadi UNESCO-nun dünyada mətbuat azadlığı mükafatına layiq görülüb.
 
Təşkilatın seçmə komisiyasının prezidenti Dayana Zenqorun verdiyi bəyanatda Zeydabadinin müstəsna şücaəti və ifadə azadlığına sədaqətinə yüksək qiymət verilir. İranın Azad qəzetinin keçmiş baş redaktoru və tələbə müxalifətin keçmiş lideri olan Zeydabadi həbsxanada altı il həbs cəzası çəkir. O, 2009-cu ilin avqustunda müxalifət fəallarının məhkəmə prosesi keçirilən zaman həbs cəzası almışdı. UNESCO onun azad edilməsi haqda müraciətlə çıxış etmişdi.

Azərbaycanda Jurnalist Eynulla Fətullayev UNESCO-nun 2012-ci ildə Guillermo Cano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb.
 
UNESCO-nun yaydığı məlumatda deyilir ki, Fətullayev karyerası boyu söz və ifadə azadlığını cəsurca müdafiə etdiyi üçün bu mükafatı alır. Eynulla Fətullayev 2007-ci ildən 2011-ci ilə qədər müxtəlif ittihamlarla həbsdə olub.

UNESCO-nun Guillermo Cano mükafatı 1986-cı ildə Meksikalı narkotik baronları tərəfindən qətlə yetirilən jurnalistin şərəfinə təsis edilib.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Dünya 13:30
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Dünya 09:27
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Dünya 23:46
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Dünya 23:21
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb
Dünya 21:33
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb

Rusiya Aleksandrovka qəsəbəsini bombalayıb, 4 nəfər ölüb
Dünya 16:36
Rusiya Aleksandrovka qəsəbəsini bombalayıb, 4 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol