• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat pulunu USAİD-dən alan medialara səsləndi- VİDEO

Deputat pulunu USAİD-dən alan medialara səsləndi- VİDEO
31.05.2023 12:27
Pulunu USAİD-dən, NED-dən alan medialar "Azad media” ola bilməz. Bunu Milli Məclisin 31 may iclasında deputat Bəhruz Məhərrəmov deyib. 
 
O bildirib ki, həmin mediaların məqsəd və yazı prioteti nədir. 

"Açın həmin media qurumların səhifəsin, görün dövlətin həyata keçirdiyi siyasətin bir dənə müsbət tərəfi işıqlanırmı? Əgər sən azad mediasansa, tənqid etdiyin kimi reallıqları da göstərməlisən. II Dünya müharibəsindən sonra SSRİ kimi böyük dövlətdə 20 il nə bir şəhid nə bir yaralı heç bir imtiyazdan faydalana bilmədi, amma Azərbaycan müharibə başa çatar çatmaz şəhid ailəsini də veteranını da sosial qayğı ilə əhatələyib və proses davam edir. Bu qədər şəhid ailəsinə evin verilməsi, bu qədər veteranın xaricdə müalicə alıb həyata qayıtması xəbər deyil, gözə görünmür,  amma məqsədli şəkildə öyrədilmiş bir nəfərin problemi olur ölkənin gündəmi.


Yaxud bu həftə cənab İlham Əliyev bizim üçün prinsipial məsələ olan Laçına qayıdışı təmin etdi, həm də müstəqillik günü. Bu dövlətçiliyə, suverenliyə, müstəqilliyə, cumhuriyyət ənənəsinə sahib çıxmağın ən ali göstəricisidi, amma cümhuriyyətçiliyi isə hər il Novxanıda Rəsulzadənin abidəsi önündə şou göstərməkdən ibarət olan radikal ünsürlər, yaxud onların bu media qanadı bununla bağlı bir dənə müsbət məqam qeyd etdilərmi? Yaxud məhkəmə-hüquq sistyemində aparılan islahatlar, atılan radikal addımlar xəbər deyil, amma barəsində konkret əməlinə görə ittiham hökmü qüvvəyə minmiş məhkumun açlıq şousu gündəmdir.  Bu da olur Azərbaycanın mənzərəsi və aidiyyatı beynəlxlaq təşkilatlar da qəsdən hesabatlarında məhz bu satılmış media ünsirlərə istinad edirlər”, -deputat deyib.
 

 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
Cəmiyyət 16:54
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
MKA “Apple” istifadəçilərinə təhlükəsizlik boşluğu ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 15:05
MKA “Apple” istifadəçilərinə təhlükəsizlik boşluğu ilə bağlı xəbərdarlıq edib
Moskva-Bakı marşrutu üzrə kruiz səfərləri təşkil ediləcək
Cəmiyyət 14:35
Moskva-Bakı marşrutu üzrə kruiz səfərləri təşkil ediləcək
Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik reyslərin sayı 4-ə çatdırılır
Cəmiyyət 13:19
Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik reyslərin sayı 4-ə çatdırılır
Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 12:49
Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb
Qubadlıda ilk su elektrik stansiyası tikilir - Video
Cəmiyyət 12:12
Qubadlıda ilk su elektrik stansiyası tikilir - Video
Masazırda binanın dördüncü mərtəbəsindən yıxılan şəxs xilas edilib - Video
Cəmiyyət 11:46
Masazırda binanın dördüncü mərtəbəsindən yıxılan şəxs xilas edilib - Video
Maştağada avtomobil velosipedçini vuraraq öldürüb
Cəmiyyət 11:30
Maştağada avtomobil velosipedçini vuraraq öldürüb
Şahdağa qar yağıb - faktiki hava
Cəmiyyət 10:55
Şahdağa qar yağıb - faktiki hava
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol