• $
  • €
  • ₽
  • ₺
  • £

ADA Universiteti Fondu Ekoloji tərəfdaş adına layiq görülüb

ADA Universiteti Fondu Ekoloji tərəfdaş adına layiq görülüb
27.07.2023 23:28
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Coca-Cola” şirkəti və "Eco-Hub” ekoloji platformasının birgə əməkdaşlığı ilə təşkil olunan "Tullantısız Azərbaycan uğrunda” adlı tədbirdə ADA Universiteti Fondu (Azərbaycan) Ekoloji tərəfdaş adına layiq görülüb. Mükafat ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyevə təqdim edilib.

Bu barədə ADA-dan məlumat verilib.

Natiq Hacıyev mükafatlandırma mərasimində bildirib ki, bu layihə çərçivəsində indiyədək 64 ton plastik tullantı toplanılıb və Bakı və Qazaxda plastik butulkalar üçün nəzərdə tutulmuş 311 ədəd xüsusi zibil qutu yerləşdirilib. "Cəmiyyəti ətraf mühitə həssas yanaşmağa həvəsləndirmək və təbiəti qorumağın önəmini təbliğ etmək üçün müxtəlif layihələr həyata keçirməyə davam edəcəyik,”- deyə o əlavə edib.

ADA Universiteti Fondu fəaliyyətə başladığı gündən ətraf mühitin mühafizəsi ilə bağlı təşəbbüslərdə fəal iştirak edərək, ekoloji maarifləndirməyə əhəmiyyətli təsir göstərir, təkrar emal ənənəsinin inkişaf etdirilməsinə dəstək verir. Belə ki, 2014-cü ildən etibarən ağacəkmə kampaniyasının həyata keçirilməsində ön sıralarda olan Fond "Coca-Cola” şirkəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə 2019-cu ildən "Təmiz ölkəm” layihəsini icra edir. Layihə müddətində paytaxtın ən sıx nöqtələrində, yaşayış ərazilərində, o cümlədən Qazax rayonunda plastik butulkalar üçün nəzərdə tutulmuş xüsusi zibil qutuları yerləşdirilib. Bu təşəbbüsün əsas məqsədi ictimaiyyəti plastik təkrar emal haqqında maarifləndirmək, təkrar emal üçün plastik şüşələri toplamaq və çeşidləmək və bütün ölkədə təkrar emal təcrübəsini təşviq etməkdir.

ADA Universiteti Fondunun Sponsorluq layihələri şöbəsinin direktoru Firuzə İsmayıl Əliyeva bildirib ki, "Coca-Cola” ilə bu istiqamətdə layihələr davam edəcək və yaxın tarixdə su ehtiyatlarının effektiv idarə edilməsi ilə bağlı yeni birgə layihəyə başlanılacaq.

ADA Universiteti Fondu həm də "Tullantısız dünya” proqramının iştirakçısıdır. Bu proqram 2025-ci ilə qədər "Coca-Cola” məhsullarında istifadə olunan qablaşdırmanı 100 faiz təkrar emal edilə bilən hala gətirməyi hədəfləyir. Bundan başqa, ADA Universiteti Fondu 8 şəhər və rayonu əhatə edən "Xəzəri qoruyaq” Beynəlxalq Sahilyanı Təmizlik kampaniyasında da aktivliyi ilə seçilir. Xatırladaq ki, 10 gün davam edən kampaniya çərçivəsində ötən ilin sentyabr ayı ərzində Xaçmaz, Şabran, Siyəzən, Neftçala, Astara, Lənkəran, Sumqayıt və Bakıda yerləşən ictimai çimərliklərdə 1500 könüllü 10 hektar ərazini 5 ton tullantıdan təmizləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metroda sərnişin qatar yoluna tullanıb
Cəmiyyət 22:45
Metroda sərnişin qatar yoluna tullanıb
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Cəmiyyət 20:10
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:03
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir
Cəmiyyət 17:47
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol