• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan, İran və Rusiya enerji sistemlərini birləşdirir

Azərbaycan, İran və Rusiya enerji sistemlərini birləşdirir
11.08.2023 12:32
Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi üzrə texniki-iqtisadi əsaslandırma 2023-cü ilin sonuna qədər hazır olmalıdır. Bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyinin saytında bildirilir.
 
Bu qərar Rusiya energetika nazirinin müavini Pavel Snikkars, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov, İranın energetika nazirinin müavini Homayun Xaeri və üç ölkənin enerji şirkətlərinin nümayəndələri arasında keçirilən üçtərəfli danışıqlarda qəbul edilib.
 
Rusiya energetika nazirinin müavini Pavel Snikkars bildirib ki, bu günə kimi layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması davam etdirilir və bu istiqamətdə bir sıra mərhələlər razılaşdırılıb.
 
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, belə bir layihənin həyata keçirilməsi Azərbaycan üçün gələcəkdə yeni imkanlar yaradacaq.
 
"Əslində bu Azərbaycanın gələcəkdə enerjini digər ölkələrə satmaq imkanını daha da genişləndirəcək. Bu baxımdan da belə bir layihənin həyata keçirilməsi çox önəmlidir. Bu gün reallıq ondan ibarətdir ki, dünyada enerjiyə tələbat getdikcə  artır və bu tələbatın ödənilməsi üçün dövlətlər müxtəlif addımlar atırlar. Bu gün Azərbaycan da xaricə enerji satmaq üçün müxtəlif layihələrin icrasına başlayıb. Hesab edirəm ki, belə bir addımın atılması kifayət qədər önəmlidir. Burada söhbət ondan gedir ki, biz bunun üçün texniki imkanları yaradırıq, yəni istənilən vaxt bu prosesə qoşulub hansısa ölkəyə enerjini sata bilərik, eyni zamanda imkanlardan istifadə edib, ehtiyac yaranarsa, enerji də əldə edə bilərik. Buna görə də belə bir əməkdaşlığın qurulması çox önəmlidir. Burda Qərb ölkələrinə və yaxud Azərbaycana problem yaradacaq bir məsələ yoxdur”, - deputat bildirib.
 
Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsi məsələsi 2005-ci ildən müzakirə olunur. 2018-ci ilin aprelində Bakıda üç ölkənin energetika nazirləri müavinlərinin görüşü keçirilib. Görüşün yekunlarına görə enerji sistemlərinin birləşdirilməsi məsələsi üzrə üçtərəfli işçi qrup yaratmaq barədə qərar qəbul edilib. 
 
Eltac Nurullazadə

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Central Asia boosts investor appeal amid regional alignment
İqtisadiyyat 17:00
Central Asia boosts investor appeal amid regional alignment
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
İqtisadiyyat 14:53
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox