• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yükdaşımalar 6,5% artıb

Azərbaycanda yükdaşımalar 6,5% artıb
16.08.2023 17:16
2023-cü ilin yanvar-iyulunda  Azərbaycanda bütün növ avtonəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 128 milyon 276,5 min ton təşkil edib ki, bu da 2022-ci ilin 7 ayı ilə müqayisədə 6,5% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Yük daşımalarının strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payı 76,8 faiz, dövlət bölməsinin payı 23,2 faiz təşkil edib. 2023-cü ilin yanvar-iyulunda qeyri-dövlət nəqliyyat müəssisələrindən yükdaşımaların həcmi 5,2 faiz artıb.

Dəmir yolu nəqliyyatı ilə 10 milyon 639,6 min ton (tranzit yüklər daxil olmaqla) daşınıb ki, bu da 2022-ci ilin yanvar-iyulu ilə müqayisədə 4,6% çoxdur.

Dəniz nəqliyyatı ilə 5 milyon 341,5 min ton (artım 24,8 faiz), avtomobil nəqliyyatı ilə 71 milyon 785,9 min ton (artım 5,1 faiz), hava nəqliyyatı ilə 168,5 min ton (azalma 38,1 faiz) müxtəlif yüklər daşınıb. Hesabat dövründə daxili neft kəmərləri ilə 23 milyon 76,5 min ton neft (artım 10,2 faiz) nəql olunub.

Daşıma həcminin qalan hissəsi magistral qaz kəmərlərinin payına düşüb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Central Asia boosts investor appeal amid regional alignment
İqtisadiyyat 17:00
Central Asia boosts investor appeal amid regional alignment
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
İqtisadiyyat 14:53
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox