• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın daxili dövlət borcu 19 faiz artıb

Azərbaycanın daxili dövlət borcu  19 faiz artıb
21.08.2023 16:39
2023-cü il iyulun 1-nə Azərbaycanın daxili dövlət borcu 4 milyard 970,3 milyon manat və ya cari il üçün proqnozlaşdırılan ÜDM-in 4,5%-ni təşkil edir. Bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilib.
 
2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin yanvar-iyununda daxili dövlət borcu 782,1 milyon manat yəni 18,7% artıb.

"Daxili dövlət borcunun artımı dövlət borcunun idarə edilməsi strategiyasına uyğundur və daxili bazarda borclanmanın artırılması hesabına xarici borcun tədricən azaldılmasına xidmət edir”, - Maliyyə Nazirliyi vurğulayıb.

Maliyyə Nazirliyinin məlumatına görə, daxili dövlət borcunun 27,5%-i bir ilədək müddətə (dövlət qiymətli kağızları buraxılmış), 52,1%-i 2-3 il müddətinə, 20,4%-i 5 və daha çox il müddətinə borclanmanın payına düşür.

Maliyyə Nazirliyinin proqnozlarına görə, 2024-cü ilə qədər Azərbaycanın daxili dövlət borcu 6 milyard 689 milyon manata çatacaq.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Central Asia boosts investor appeal amid regional alignment
İqtisadiyyat 17:00
Central Asia boosts investor appeal amid regional alignment
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
İqtisadiyyat 14:53
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox