• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankdan biznes üçün pulsuz kart, ödənişsiz xidmət!

Unibankdan biznes üçün pulsuz kart, ödənişsiz xidmət!
28.08.2023 15:52
Pulsuz biznes və əmək haqqı kartları, üstəlik 3 ay ödənişsiz köçürmə imkanı əldə etmək istəyirsinizsə, elə indi "Unibank”ın "Yay kampaniyası”ndan faydalana bilərsiniz. 3 ay ərzində onlarla sahibkar bu sərfəli kampaniyadan istifadə edib. Avqustun sonunadək Unibank müştərisi olmaq istəyən biznes sahibləri də bu imkandan yararlana bilərlər. 

"Yay kampaniyası” çərçivəsində bankda 31 avqust tarixinədək onlayn hesab açan, əmək haqqı layihəsinə qoşulan və kartları onlayn sifariş edən biznes sahibləri üçün biznes kartları və əmək haqqı kartları pulsuzdur. Üstəlik hesab açılan tarixdən başlayaraq 3 ay ərzində kartlarla bərabər, əmək haqqı təyinatlı köçürmələr üzrə xidmət haqqı da 0% komissiyalı olacaq. Bu kampaniya korporativ müştərilərə öz vəsaitlərinə qənaət etməyə imkan yaradır. 
"Unibank”da onlayn hesab açmaq (https://hesab.unibank.az/login) və ya əməkhaqqı layihəsinə qoşulmaq (https://online.unibank.az/corporate/) isə çox asandır. 

Bank fərdi və hüquqi şəxs olan sahibkarların işini asanlaşdımaq, onların vaxtına dəyər qatmaq üçün xeyli müddətdir ki, onlayn hesab xidmətini istifadəyə verib. Bu xidmət hər bir sahibkara harda olmasından asılı olmayaraq, bank filialına gəlmədən hesab açmaq imkanı verir. Onlayn hesab açılan zaman rekvizitlər birbaşa biznes sahibinin özünə göndərilir və hesabı aktivləşdirmək üçün də banka gəlməyə ehtiyac qalmır.  Onlayn hesab açılan kimi İnternet Bankinq və Mobil Bankinq xidmətləri də dərhal aktiv olunduğundan, biznes sahibi istədiyi vaxt hesabında istədiyi əməliyyatı aparmaq imkanı qazanır. 

"Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, 16 saylı, "Dərnəgül”, "Yasamal”, "Nərimanov”, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”, eləcə də "Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.
Unibank- Sənin Bankın!





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Central Asia boosts investor appeal amid regional alignment
İqtisadiyyat 17:00
Central Asia boosts investor appeal amid regional alignment
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
İqtisadiyyat 14:53
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox