• $
  • €
  • ₽
  • ₺
  • £

Kart məlumatlarının təhlükəsizliyini Yelo App ilə qoru

Kart məlumatlarının təhlükəsizliyini Yelo App ilə qoru
31.08.2023 16:28
Ölkəmizdə rəqəmsal ödənişlərin artması ilə dələduzluq halları da genişlənir. Baş verən hadisələrin böyük əksəriyyətində dələduzlar şəxsi telefon nömrələrinə zəng edir və ya mesaj göndərirlər. Onlar özlərini çox vaxt bank əməkdaşı kimi təqdim edirlər. Yelo Bank müştərilərinin maliyyə təhlükəsizliyi üçün diqqət etməli olduqları məqamları bir daha xatırladır:


- Heç bir halda tanımadığınız nömrələrdən gələn zənglərdə kartınızın üzərindəki rəqəmləri, yararlılıq tarixini və CVV kodunu deməyin,
- SMS, e-mail və ya messencerdən göndərilən şübhəli mesajlardakı linklərə keçid etməyin,
- SMS ilə göndərilən birdəfəlik şifrələri (OTP) heç kimlə paylaşmayın,
- Şübhəli hallarda dərhal bank kartınızın üzərindəki mobil nömrə ilə əlaqə saxlayın,
- Kartınızın təhlükəsizliyi üçün smartfonunuza Yelo App yükləyin.


Rahat interfeysi və çevikliyi sayəsində Yelo App ilə kartı idarə etmək çox asandır. Belə ki, Yelo App ilə kart limitlərini bir toxunuşla dəyişə bilirsiniz. Əgər kartınız itib və ya oğurlanıbsa, Yelo App-də kartınızı bloklaya bilirsiniz. Kartı blokdan çıxarmaq da, PİN kod yaddan çıxarsa, tətbiqdə yeni PİN kod təyin etmək də, yanlış cəhdləri sıfırlamaq da bir-iki kliklə mümkündür.


Rəqəmsal ödənişlərdə fırıldaqçılıq hadisələrinin geniş yayıldığını nəzərə alsaq, şübhəli hallarda onlayn ödəniş limitlərini dərhal sıfırlaya bilərsiniz. Push məlumatlandırma sayəsində karta mədaxil və məxariclərdən də dərhal xəbər tutursunuz. Qeyd edək ki, Yelo App-də, həmçinin, SMS məlumatlandırma xidmətini də aktivləşdirə bilərsiniz. 


Yelo Bank bir daha fırıldaqçılara qarşı diqqətli olmağa və heç bir halda kart məlumatlarını kənar şəxslərə bildirməməyə səsləyir. Unutmayın ki, bank məlumatlarınızın təhlükəsizliyi ilk növbədə sizdən asılıdır. Büdcənizi 24/7 idarə etmək üçün isə Yelo App-i yükləyin: https://bit.ly/ylmbltb 
 
Taksit kartı ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. 


Yelo Bank – Parlaq bankçılıq!



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Central Asia boosts investor appeal amid regional alignment
İqtisadiyyat 17:00
Central Asia boosts investor appeal amid regional alignment
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
İqtisadiyyat 14:53
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox