• $
  • £

"Azərkosmos”un ixrac gəlirləri açıqlanıb

01.09.2023 10:19
2023-cü ilin yanvar-iyulunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") tərəfindən dünyanın 45 ölkəsinə 11,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə  ölkələrin sayı 10 ədəd artıb, ixrac gəlirləri isə 4 milyon ABŞ dolları (26,5 %) azalıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın avqust sayında bildirilib.

"Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 %-ni təşkil edib.
 
Cari ilin  iyununda isə "Azərkosmos” dünyanın 40 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,4 milyon ABŞ dolları ilə Lüksemburq, 983,6 min ABŞ dolları ilə BƏƏ, 613,8 min ABŞ dolları ilə Almaniya və 472,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos”) 2022-ci ili 1,429 milyon manat mənfəətlə başa vurub.
 
Kosmik Agentlik Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli fərmanına əsasən, 2011-ci ildən fəaliyyət göstərən "Azərkosmos" ASC-nin bazasında yaradılıb.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
İqtisadiyyat 14:41
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
İqtisadiyyat 14:30
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
İqtisadiyyat 12:26
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
İqtisadiyyat 11:41
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
Золото продолжило дешеветь на товарных рынках
İqtisadiyyat 11:20
Золото продолжило дешеветь на товарных рынках
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!
İqtisadiyyat 10:05
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:36
Azərbaycan nefti ucuzlaşıb
"Bitcoin" ucuzlaşıb
İqtisadiyyat 09:31
"Bitcoin" ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol