• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda emitentlərin öhdəliklərinə təminat verilməsi mexanizmi təqdim edilib

Azərbaycanda emitentlərin öhdəliklərinə təminat verilməsi mexanizmi təqdim edilib
05.09.2023 18:54
İpoteka və Kredit Zəmanət Fondunda (İKTZ) "İstiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat verilməsi mexanizmi” təqdim edilib.

Fonddan xəbər verilir ki, bu mexanizmin təqdimatına həsr olunmuş görüş keçirilib.

Məlumata görə, Azərbaycan Mərkəzi Bankı, Milli Depozit Mərkəzi, Bakı Fond Birjası, ölkədə fəaliyyət göstərən investisiya şirkətləri və "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin təmsilçilərinin iştirak etdiyi görüşdə yeni mexanizmin tətbiqi ilə bağlı təqdimat nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.

Bildirilib ki, qeyri-neft sektorunda çalışan emitent şirkətlərin korporativ istiqrazlar üzrə öhdəliklərinin icrasına Fondun zəmanət verməsi onlar tərəfindən buraxılan və manatla ifadə olunan korporativ istiqrazların likvidliyini və cəlbediciliyini artıraraq, sahibkarların alternativ maliyyə resurslarına çıxış imkanlarını genişləndirir.
 
Mexanizmin tətbiqinin həmçinin qiymətli kağızlar bazarının inkişafına dəstək və investorların risklərinin bölüşdürülməsi baxımından da əhəmiyətli olduğu vurğulanıb.

Fond tərəfindən sahibkarlığa dövlət dəstəyi sahəsində yeni alətlər "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2023-cü il tarixli 2002 saylı Fərmanına əsasən həyata keçirilir.
 
Fərmana uyğun olaraq, sahibkarlara dəstək alətlərinin çeşidinin artırılması məqsədilə qiymətli kağızların emitenti olan sahibkarlara Fond tərəfindən təminatın və müvəkkil banklara portfel təminatının verilməsi mexanizmlərinin tətbiqi üzrə yeni qaydalar hazırlanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Central Asia boosts investor appeal amid regional alignment
İqtisadiyyat 17:00
Central Asia boosts investor appeal amid regional alignment
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
İqtisadiyyat 14:53
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox