• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Rusiyaya tikinti materialları tədarük etməyi planlaşdırır

Azərbaycan Rusiyaya tikinti materialları tədarük etməyi planlaşdırır
08.09.2023 13:03
Azərbaycan Rusiyaya tikinti materialları tədarük etməyi planlaşdırır. Bu barədə Banker. az məlumat yayıb.

"Rusiya tərəfi Azərbaycandan tikinti materiallarının tədarükünə maraq göstərib. Bununla əlaqədar iki ölkənin müvafiq dövlət qurumları bu məsələ üzərində işləyir”, – mənbə bildirib.

Məlumata görə,  Rusiya şirkətləri Azərbaycana maşınqayırma, helikopterqayırma, əczaçılıq, neft-qaz maşınqayırma məhsullarının tədarükünü artırmaq istəyir.

2023-cü ilin yanvar-iyulunda  Azərbaycanda 592,9 milyon manatlıq (cari məzənnə ilə 348,7 milyon ABŞ dolları dəyərində ) tikinti materialları istehsal olunub ki, bu da 2022-ci ilin eyni aylarının göstəricisindən 24,1% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Statistikaya əsasən, sement istehsalının həcmi 2,089 milyon ton (artım 4%), yığma beton konstruksiyaların istehsalı 16,4 min kubmetr (azalma 35,2%), asfalt istehsalının həcmi 32,2 min ton (azalma 46,9%) təşkil edib.
2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manatlıq (indiki məzənnə ilə 638,8 milyon ABŞ dolları) tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6% çoxdur.
 
Aytac Zeynalova 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Central Asia boosts investor appeal amid regional alignment
İqtisadiyyat 17:00
Central Asia boosts investor appeal amid regional alignment
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
İqtisadiyyat 14:53
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox