• $
  • £

ABŞ Laçın dəhlizinin dərhal "açılmasına" çalışır - Miller

ABŞ Laçın dəhlizinin dərhal
15.09.2023 09:15
Birləşmiş Ştatlar Laçın dəhlizinin dərhal "açılmasına" çalışır. Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

"Biz Laçın dəhlizinin dərhal "açılmasını" istəyirik. Biz bunu açıq şəkildə bildirdik. Blinken həm Ermənistan, həm də Azərbaycan liderləri ilə əlaqə saxlayıb ki, biz Laçın dəhlizinin dərhal "açılmasını" istəyirik”, – Amerikanın xarici siyasət departamentinin nümayəndəsi bildirib.

O, İrəvanda səfərdə olan Dövlət Departamentinin Zaqafqaziya üzrə danışıqlar üzrə baş müşaviri Lui Bononun regiona yeni səfər proqramını təfərrüatı ilə açıqlamayıb. 
 
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bundan əvvəl bildirib ki, Rusiya Ağdam yolu ilə paralel Laçın dəhlizinin "açılmasını" istəyir.
 
Sentyabrın 12-də Rəsmi Bakı bir daha bəyan edib ki, Azərbaycan hər iki yoldan (red- Laçın və Ağdam yolu) Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə eyni zamanda istifadəsinə razılıb verib, sadəcə bu razılığın həyata keçirilməsində Ermənistan tərəfi mane olur.
 
 
Sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu yük maşını  Ağdam rayonundan keçərək  Ağdam-Əskəran yolu ilə Xankəndinə çatdırılıb. 
 
Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.
 
Ağdam-Əsgəran yolu 1988-ci ildən bağlıdır. Bu son 30 ildə bu yolla göndərilən ilk humanitar yükdür. 
 
Bundan əvvəl, Prezidentin siyasi məsələlər üzrə köməkçisi Hikmət Hacıyev mətbuata açıqlama verərək bildirib ki,  Rusiya humanitar yardımının Dağlıq Qarabağa keçirilməsinə dair sazişin Laçın dəhlizinin və Ağdam-Xankəndi yolunun açılması məsələsinə heç bir aidiyyatı yoxdur. 

 
Azərbaycan tərəfi dəfələrlə Ağdamdan gedən magistral yol boyu rayonun erməni əhalisinin lazım olan hər şeylə təmin olunmasına hazır olduğunu bəyan edib. Artıq iki həftədir ki, orada Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yardımı kimi 40 ton un olan iki yük maşını saxlanılır.
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Milanoviçi təbrik edib
Siyasət 11:13
İlham Əliyev Milanoviçi təbrik edib
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Siyasət 17:30
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Prezidenti onlar da təbrik etdilər
Siyasət 16:57
Prezidenti onlar da təbrik etdilər
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Siyasət 22:02
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Prezidentin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 20:26
Prezidentin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
Siyasət 20:21
Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
Xocalıda "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib - Yenilənib
Siyasət 14:15
Xocalıda "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib - Yenilənib
Prezident Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib - Yenilənib
Siyasət 13:27
Prezident Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib - Yenilənib
Prezident Efiopiya Baş nazirinə təbrik ünvanlayıb
Siyasət 11:56
Prezident Efiopiya Baş nazirinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol