• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın Təhlükəsizlik Şurasına müraciəti BMT Nizamnaməsinin suverenliklə bağlı tələblərinin pozulmasıdır - Ceyhun Bayramov

Ermənistanın Təhlükəsizlik Şurasına müraciəti BMT Nizamnaməsinin suverenliklə bağlı tələblərinin pozulmasıdır - Ceyhun Bayramov
22.09.2023 00:34
Ermənistanın Təhlükəsizlik Şurasına müraciəti Azərbaycanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirləri ilə əlaqədardır. Buna görə də Ermənistanın Təhlükəsizlik Şurasına növbəti müraciəti BMT Nizamnaməsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və onların daxili işlərinə qarışmamaq ilə bağlı tələblərinin açıq formada pozulmasıdır.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

Təhlükəsizlik Şurasının növbəti dəfə belə məsuliyyətsiz şəkildə sui-istifadə edilməsinin tamamilə qəbuledilməzliyini, bu mötəbər orqanın nüfuzuna və etibarına ciddi zərbə olduğunu və tamamilə rədd edilməsinin vacibliyini vurğulayan nazir bildirib:
"Bu, həmçinin səmərəsiz və əhəmiyyətsizdir. Əslində bu gün Şura Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin hüquq və təhlükəsizliyinə dair iddia edilən narahatlıqlar ilə əlaqədar müzakirələr üçün çağırılanda ərazidə antiterror tədbirləri dayandırılmış və bununla da Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin praktiki olaraq reinteqrasiyasına imkan yaranmışdır”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Siyasət 23:30
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
Siyasət 19:57
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb
Siyasət 18:03
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb
Azərbaycan və İran narkotiklərin qanunsuz dövriyyəsi və terrorçuluqla mübarizəni müzakirə edib
Siyasət 17:48
Azərbaycan və İran narkotiklərin qanunsuz dövriyyəsi və terrorçuluqla mübarizəni müzakirə edib
İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Siyasət 16:51
İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Azərbaycanda 39 yeni hakim and içib
Siyasət 16:23
Azərbaycanda 39 yeni hakim and içib
Prezident təqaüdü alacaq tələbələrin adları açıqlanıb
Siyasət 15:18
Prezident təqaüdü alacaq tələbələrin adları açıqlanıb
Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradır
Siyasət 14:52
Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradır
Birinci xanımlar görüşüb
Siyasət 13:45
Birinci xanımlar görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol