• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
12.10.2026 16:51

 

Azərbaycan Prezidenti İlham Əliyev İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşdə təhlükəsizlik və ictimai asayişin qorunması sahələrində əməkdaşlığın vacibliyini vurğulayıb. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə İlham Əliyev İran Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfərinin ikitərəfli təmasların davamı olduğunu bildirib. O, bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin İrana səfər etdiyini və orada mühüm görüşlər keçirdiyini xatırladıb.

İsgəndər Momeni İran Prezidenti Məsud Pezeşkianın salamlarını İlham Əliyevə çatdırıb. O, Azərbaycanı İran üçün dost və qardaş ölkə adlandıraraq, İranda baş vermiş müxtəlif hadisələr, o cümlədən güclü zəlzələlər və meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi humanitar yardıma görə təşəkkür edib.

İranın daxili işlər naziri, həmçinin regionda gərginliyin aradan qaldırılması istiqamətində aparılan danışıqlar prosesi barədə Azərbaycan Prezidentinə məlumat verib.

İlham Əliyev Yaxın Şərqdəki gərginliyin danışıqlar yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.

Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Siyasət 16:31
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol