• $
  • €
  • ₽
  • ₺
  • £

Rəqabət Məcəlləsi mütləq qəbul olunmalıdır - Vahid Əhmədov

Rəqabət Məcəlləsi mütləq qəbul olunmalıdır - Vahid Əhmədov
26.09.2023 12:48
Rəqabət Məcəlləsinin qəbul olunması çox vacibdir. Bunu deputat Vahid Əhmədov deyib. 
 
"Bu qanunun Milli Məclisə daxil olmasını müsbət qiymətləndirirəm. 16 il bundan qabaq qəbul olunması üçün işlər getdi və III oxunuşda qəbul edə bilmədik. Çünki qəbul etməyə icazə vermədilər. Düşünürəm ki, bu məcəllənin qəbul edilməsi çox vacibdir. Azərbaycanda monopolistlər var. Bu da daxili bazara təziq edir və nəticədə bu özünü qiymətlərdə göstərir. Məcəllənin vacibliyini hər kəs başa düşməlidir. Bu səviyyədə qəbul edilsə də dəyişikliyi hiss edəcəyik. Əsas qanun qəbul edildikdən sonra onun hansı formada işləməsidir. Bu orqan necə fəaliyyət göstərəcək. Rəqabət orqanın prinsipi çox önəmlidir", - Əhmədov  çərşənbə axşamı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləməsində çıxışı zamanı bildirib. 
 
Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən işlər aparılır. Yeni layihə 12 fəsil, 83 maddədən ibarətdir.
 
Hazırda sahibkarlıq sahəsində rəqabət mühiti 1995-ci il tarixli "Haqsız Rəqabət haqqında" və 1993-cü ildə qəbul olunan "Antiinhisar fəaliyyəti haqqında" qanunlarla tənzimlənir.

 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Central Asia boosts investor appeal amid regional alignment
İqtisadiyyat 17:00
Central Asia boosts investor appeal amid regional alignment
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
İqtisadiyyat 14:53
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox