• $
  • €
  • ₽
  • ₺
  • £

Birbank Biznes bizneslə məşğul olanlara növbəti onlayn xidməti təqdim edir

Birbank Biznes bizneslə məşğul olanlara növbəti onlayn xidməti təqdim edir
28.09.2023 15:11
Birbank Biznes bizneslə məşğul olan şəxslər üçün onlayn xidmətlərin çeşidini genişləndirməkdə davam edir. Budəfəki yenilik bank qarantiyası məhsuluna aiddir. Belə ki, müştərilər "Sürətli tender” üzrə qarantiya məktubunu Birbank Biznes vasitəsilə tam olaraq onlayn şəkildə ala bilərlər.

Yeni rəqəmsal xidmətin əsas üstünlüyü ondan ibarətdir ki, filiala gələrək vaxt itirməyə və kuratora, bank əməkdaşına müraciət etməyə ehtiyac yoxdur. Qarantiyanın ayrılması üçün sahibkarlar Birbank Biznes vasitəsilə müraciət edə bilərlər. Müraciət ərizəsi isə avtomatik sistem vasitəsilə formalaşır. Daha sonra müştəri ərizəsini ASAN imza ilə təsdiq edərək, məktubu tam olaraq onlayn formada əldə edir.  

Birbank Biznes-in  "Sürətli tender” məhsulu bir sıra özəlliklərə malikdir: bir dəfə müqavilə bağlanır və daha sonra qarantiya məktubları ərizə əsasında rəsmləşdirilir; limit rəsmləşdirilməsi komissiyasız həyata keçirilir; illik faiz və limit üzrə komissiya 0% təşkil edir; yalnız qarantiya məktubu əldə etdikdə birdəfəlik komissiya ödənilir.

Qeyd edək ki, Birbank Biznes-də sahibkarların hər gün istifadə etdiyi bir sıra məhsullar var:
- Qarantiya məhsulları: tender, icra, avans, keyfiyyət, ödəniş, gömrük qarantiyası və s.
- Sürətli tender
- Nağd təminatlı qarantiya 
- Biznes overdraft
- Ticarət əməliyyatlarının maliyyələşdirilməsi üzrə: faktorinq, satışın
  maliyyələşdirilməsi, təchizat öncəsi maliyyələşmə
- Gömrük krediti 
- Sürətli kredit
- Biznes ipoteka krediti
- Maliyyə lizinqi
- Ənənəvi kredit / Kredit xətti

Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business saytına keçid alın və ya 896 məlumat mərkəzinə zəng edin.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Central Asia boosts investor appeal amid regional alignment
İqtisadiyyat 17:00
Central Asia boosts investor appeal amid regional alignment
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
İqtisadiyyat 14:53
CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
İqtisadiyyat 12:26
Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
İqtisadiyyat 11:13
"Spotify" və "TikTok" Azərbaycanda ƏDV qeydiyyatına alındı
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
İqtisadiyyat 10:58
Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər
İqtisadiyyat 10:36
Orta Dəhlizlə ticarət 2030-cu ilədək üç dəfə arta bilər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox