• $
  • €
  • ₽
  • ₺
  • £

“Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi” təsdiqlənib

“Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi” təsdiqlənib
30.09.2023 17:24
Nazirlər Kabineti "Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında qərar qəbul edib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Energetika Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə birlikdə "Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin (bundan sonra – BOEMİS) fəaliyyətinin təşkil edilməsi, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməli, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin (BOEMİS) təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməli, ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq, BOEMİS-in Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün RİNN ilə birlikdə zəruri tədbirlər görməlidir.

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC, "Azərenerji” ASC və "Azərişıq” ASC Əsasnamədə nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə həmin məlumatların BOEMİS-ə daxil edilməsini (ötürülməsini) mütəmadi təmin etməli, bu barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verməlidir.

Qərarda dəyişiklik ölkə Prezidentinin 24 fevral 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Cəmiyyət 13:09
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 12:45
Sabahın hava proqnozu
Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Cəmiyyət 12:16
Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Qusar və Şahdağa qar yağır - FAKTİKİ HAVA
Cəmiyyət 11:25
Qusar və Şahdağa qar yağır - FAKTİKİ HAVA
Bakıda köşk yanıb, 58 yaşlı kişinin meyiti aşkarlanıb
Cəmiyyət 10:53
Bakıda köşk yanıb, 58 yaşlı kişinin meyiti aşkarlanıb
ADY yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə çağırış edib
Cəmiyyət 10:15
ADY yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə çağırış edib
Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 23:51
Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
Bu ərazidə işıq olmayacaq
Cəmiyyət 22:48
Bu ərazidə işıq olmayacaq
Bakıda çörək sexində nöqsanlar aşkarlanıb – fəaliyyət məhdudlaşdırılıb
Cəmiyyət 19:55
Bakıda çörək sexində nöqsanlar aşkarlanıb – fəaliyyət məhdudlaşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol