• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn il Şuşaya 400-ə yaxın ailə köçürüləcək

Gələn il Şuşaya 400-ə yaxın ailə köçürüləcək
19.10.2023 13:51
2024-cü ilin I rübündə Şuşaya 400-ə yaxın ailə köçürüləcək. Bu barədə Report Şuşanın xüsusi nümayəndəsi Aydın Kərimova istinadla yazıb.  
 
"Bu yaxınlarda Şuşada geniş miqyaslı yol infrastrukturunun inşasına başlanılacaq. Hazırda sosial obyektlərin tikintisi davam etdirilir. Yaxın günlərdə məktəbin açılışı olacaq", -  o qeyd edib.
 
Bundan əvvəl Azərbaycan Prezidenti Füzulidə vətəndaşlarla görüşündə bildirib ki, "Böyük Qayıdış" Proqramı çərçivəsində ilkin olaraq Füzuliyə 22 min, Qarabağ və Şərqi Zənzəgurda  isə 140 min nəfər yaşayacaq. 
 
2024-cü il Şuşa İslam dünyasnın mədəniyyət paytaxtı elan edilib. 
 
İyunda Şuşanın xüsusi nümayəndəsi Aydın Kərimov açıqlamasında bildirib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən növbəti 4 il ərzində Şuşaya 2000 nəfərin köçürülməsi planlaşdırılır. 
 
Onun sözlərinə görə, Şuşan ümumilikdə 20 min nəfərin yaşadığı şəhər olacaq.

Bundan əvvəl mətbuatda qeyd olunub ki, cari ilin sonunda Şuşaya ilkin olaraq 1500 sakinin köçürülməsi gözlənilir. 
 
Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olunub.
 
Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər şəhid olub, 165 nəfər yaralanıb.
 
Gülnar 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:07
Bu ərazilərdə işıq olmayacaq
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:19
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol