• $
  • €
  • ₽
  • ₺
  • £

Qondarma rejimin "prezidenti" - "Artsax ləğv olunmayıb"

Qondarma rejimin
20.10.2023 16:01
Separatçı rejimin saxta "prezidenti" Samvel Şahramanyan "Artsax Respublikası"nın ləğv olunmadığını açıqlayıb. Bu barədə o Ermənistanda etiraz edən vətəndaşların qarşısında çıxış edərək bildirib. 
 
""Artsax Respublikası" ləğv olunmayıb. Burada bu sənədi görən varmı? Mən başa düşmək istəyirəm, siz o sənədlə sona qədər tanışsınız? Bu sənədlə bağlı bir çox məsələlər var ki, mən onları burada qeyd edə bilmirəm. Amma sizi əmin edirəm ki, biz bu sənədin həm müsbət, həm də mənfi tərəfləri ilə tanışıq. Xalqın yaratdığı "cümhuriyyəti" heç bir sənədlə ləğv etmək olmaz. Bu suala İctimai Televiziyada açıq cavab verəcəm. Bütün bu suallara yaxın vaxtlarda cavab verəcəyəm, 20-də hərbi əməliyyatların dayandırıldığı sənəddən danışacağam. Heç kimin şübhəsi olmasın", - o bildirib. 
 
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli düşünür ki, Samvel Şahramanyanın açıqlaması gözlənilən idi.
 
"Növbəti mərhələ üçün mühacir hökumətin qurulması prosesinə keçəcəklər. Artıq ona start verildiyini şahidiyik. Samvel Şahramanyanın adı üzərindən o sistemi qururlar ki, dünyanı beynəlxalq donar təşkilatçıları anti-Azərbaycan şəbəkələrini birdə bu mühacir hökuməti üzərindən hədəf alsınlar. Düşünürəm ki, bunu uzun müddətli savaş səbəbinə çevirəcəklər",- ekspert vurğulayıb

Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal əməliyaytların keçirilməsini elan edib. Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunub. Sentyabrın 28-də Qarabağın qondarma "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək separatçı rejimin ləğv olunmasını elan edib. Bildirib ki, Qarabağda qalmaq istəyən vətəndaşlar Azərbaycanın təklif etdiyi reinteqrasiya ilə bağlı təqdim olunan sənədlə tanış ola bilərlər. 
 
Oktyabrın 5-də sepratçı rejimin keçmiş "rəhbərləri" Bako Saakyan və Arkadi Qukasyanı, həmçinin "parlamentin eks-spikeri" David İşxanyan barəsində Səəbail Məhkəməsi 4 aylıq həbs qərarı verib. 
 
Onlar oktyabrın 3-də  Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Bundan əvvəl Azərbaycaın hüquq mühafizə orqanları qondarma rejimin keçmiş "preizdenti" Araik Arturyuanın saxlanması barəsində xəbər yayıb. 

Azərbaycan separatçı rejimin "xarici işlər naziri" və "prezidentinin keçmiş köməkçisi" David Babayanın, o cümlədən Ermənistanın Qarabağdakı "hərbi qüvvələri komandanının keçmiş müavini" David Manukyanın və "keçmiş dövlət naziri" Ruben Vardaryanı saxlanması ilə bağlı açıqlama yayıb. 
 
Gülnar Nazimqızı 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:07
Bu ərazilərdə işıq olmayacaq
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:19
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol