• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşüb

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşüb
24.10.2023 15:10
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda oktyabr ayı üzrə növbəti səyyar qəbul keçirilib.
 
Sakinlərin problem və müraciətlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayondakı 21 nömrəli tam orta məktəbin akt zalında vətəndaşlarla görüşdü. Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Bələdiyyənin rəhbərliyi, habelə xidmət sahələrinin təmsilçləri iştirak ediblər.
 
Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  ölkə Prezidenti cənab İlham Əliyevin son 20 ildə misilsiz fəaliyyəti, xüsusən də Qarabağın azad edilməsi və bərpası istiqamətində görülən tarixi işləri barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Bildirildi ki, cənab Prezident xalqımızı bir zəfərdən digərinə aparır, dövlətimiz daha da möhkəmlənir və beynəlxalq nüfuzu artır. Daha sonra isə sakinlərdən müraciət və təklifləri barədə ətraflı danışmağı xahiş etdi.


Növbə ilə söz alan vətəndaşlar  Alatava yaşayış massvində gözlənilən söküntü və tikinti işləri, rayon ərazisindəki parkların elektrik enerjisi ilə təminatı, əlillərin işlə təminatı, narkomaniya ilə mübarizə, sosial yardım, mənzil-məişət şəraitinin yaxşılaşdırılması  və digər məsələlərlə  bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər.Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı şəkildə cavab verdi.Bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına birbaşa göstərişlər verildi.Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:07
Bu ərazilərdə işıq olmayacaq
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:19
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol