• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanın nazir müavini - Gürcüstan sülh sazişi prosesinə vasitəçilik edir

Gürcüstanın nazir müavini - Gürcüstan sülh sazişi prosesinə vasitəçilik edir
26.10.2023 10:48
Gürcüstan sülh sazişi prosesinə vasitəçilik edir. Bunu Gürcüstanın baş nazirinin birinci müavini Levan Davitaşvili APA agentliyinə açıqlamasında deyib. 

"Biz Cənubi Qafqazda sülhün əldə edilməsində maraqlıyıq və bu, Cənubi Qafqazın hər üç ölkəsinin marağındadır. Ona görə də biz sülh sazişi prosesinə vasitəçilik edirik. Düşünürəm ki, bugünkü İpək Yolu Forumu Gürcüstanın həm Azərbaycan, həm də Ermənistan üçün məqbul və dost məkan olduğunu nümayiş etdirir. Bu gün hər iki ölkənin - həm Ermənistanın həm də Azərbaycanın Baş naziri Tbilisidədir və onlar bu günkü forumun açılışında iştirak edəcəklər. Düşünürəm ki, bu proses sülh sazişinin imzalanması ilə yekunlaşacaq ki, bu da regionumuza uzunmüddətli sülh gətirəcək”,  - o bildirib. 
 
Oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Tbilisidə həmkarı ilə görüşdən sonra mediaya etdiyi bəyanatında bildirib ki, Azərbaycan-Ermənistan danışıqları Gürcüstanda baş tuta bilər. 
 
Oktyabrın 25-də Avropa İttifaqının rəsmisi Tovio Klaar  aıqlayıb ki, oktyabrın sonunda Brüsseldə Ermənistan və Azərbaycan liderlərinin planlaşdırılan görüşü təxirə düşüb.
 
Oktyabrın 10-da Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması üçün tarixi şərait yaranıb. 
 
Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi üçün razılığı olduğunu qeyd edib. 
 
Bundan əvvəl Rusiya prezidenti Putin də açıqlamasında bildirib ki, Moskva iki ölkənin sülh müqaviləsinin imzalanması üçün dəsətək göstərməyə hazırdır. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Siyasət 13:05
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Siyasət 11:15
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Siyasət 14:40
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Paşinyan: bazar günü hökumət istefa verəcək
Siyasət 14:47
Paşinyan: bazar günü hökumət istefa verəcək
Sabah Tramp Zelenski ilə görüşəcək
Siyasət 12:19
Sabah Tramp Zelenski ilə görüşəcək
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Siyasət 10:05
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Siyasət 17:30
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol