• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısı ərazidə Yasamal sakinləri ilə görüşüb

İcra başçısı ərazidə Yasamal sakinləri ilə görüşüb
02.11.2023 14:40
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda noyabr ayı üzrə səyyar qəbul keçirilib.
 
Sakinlərin problem və müraciətlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon bələdiyyəsinin akt zalında vətəndaşlarla görüşdü. Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Bələdiyyənin rəhbərliyi, habelə xidmət sahələrinin təmsilçləri iştirak ediblər.Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ölkə Prezidenti cənab İlham Əliyevin son 20 ildə misilsiz fəaliyyəti, xüsusən də Qarabağın azad edilməsi və bərpası istiqamətində görülən tarixi işləri barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Bildirildi ki, cənab Prezident xalqımızı bir zəfərdən digərinə aparır, dövlətimiz daha da möhkəmlənir və beynəlxalq nüfuzu artır. Daha sonra isə sakinlərdən müraciət və təklifləri barədə ətraflı danışmağı xahiş etdi.

Növbə ilə söz alan vətəndaşlar  bina həyətlərində söhbətgahların quraşdırılması, özəl mülkiyyət olan ərazilərdə təmizlik işləri, sosial yardım, mənzil-məişət şəraiti, məşğulluq, qəzalı eyvanların təmiri, Vətən müharibəsi qazilərinin işlə təminatı  və digər məsələlərlə  bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər.Qəbulda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı şəkildə cavab verdi.İcra başçısı vətəndaş məmnunluğunun tam təmin edilməsi üçün xidmət rəhbərləri qarşısında tələblər qoyub.Bir sıra problemlərin həllinə dair RİH əməkdaşlarına birbaşa göstərişlər verildi.Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov
Cəmiyyət 09:57
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov


Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 09:48
Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Cəmiyyət 09:22
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:07
Bu ərazilərdə işıq olmayacaq
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:19
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol